top of page
LAYİHƏ SİFARİŞİ

Bizim Dizayner-məsləhətçilərimiz öz sənətlərinin həqiqi peşəkarlarıdırlar.
Bizə müraciət edərək, Sizin ailənizin həyat tərzini tam nəzərə alacaq, Sizin zövqünüzü və ideyalarınızı əks etdirən hazır dizayn layihəsini alacaqsınız.

Bu layihə ilə yaradılan interyer ən funksional, ahəngdar və rasional olacaqdır.

Bu individual və ancaq Size məxsus bir interyer olacaq.
Biz ən uyğun olanı tapırıq, istəklərinizi məharətlə və incə şəkildə təcəssüm etdirir və öz korporativ stilimizi qoruyuruq.

ÖLÇÜ GÖTÜRÜLMƏSİ

Mütəxəssislərimiz mebelin quraşdırılacağı otağın dəqiq ölçülərini götürəcək və dizayn layihəsini həyata keçirilməsi üçün lazım olan bütün sənədləri hazırlayacaqlar.

Mətbəx mebelinin projektini hazırlayarkən, gələcəkdə mebelin yığılacağı və quraşdırılacağı otağın xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Bizim istifadə etdiyimiz Lazer sayğacları otaqların həndəsəsini daha dəqiq müəyyənləşdirməyə imkan verir. Bu dizayn mərhələsindəki səhvləri və mebelin quraşdırılması və montajındakı çətinlikləri aradan qaldırır.

Ölçmə nəticələri proqramlarda eskiz planı şəklində veriləcəkdir.

MƏTBƏXİN XÜSUSİYYƏTLƏRİ

Siz mətbəx mebeli sifariş verdiniz, məişət texnikası aldınız, hansiları ki, evinizin kommunikasiyalarına qoşmaq lazımdır.  Ancaq təmirinizi edən inşaatçılar qarşısında bu vəzifəni necə düzgün təyin edəcəyinizi bilmirsiniz?

Biz əvvəl hazırladığımız eskizlərə uyğun, mebelin quraşdırılacağı otaq üçün texniki tələbləri əks etdirən eskizləri hazırlayacıyıq.

Texniki eskizlərdə İnşaatçılar üçün texniki şərtlər aydın şəkildə göstəriləcəkdir:

- mebel yerləşdirmək üçün lazım olan otağın ümumi ölçüləri

- kanalizasiya, soyuq və isti su, elektrik kabelləri, havalandırma dəlikləri, quraşdırılacaq məişət cihazlarının qoşulması üçün zəruri olan elektrik yerləri.

İnşaatçılar tərəfindən texniki tələblərin düzgün yerinə yetirilməsindən əmin deyilsinizsə, bizim mühəndislər otağın nəzarət ölçməsini həyata keçirə bilər və mebelin quraşdırılması başlamazdan əvvəl aradan qaldırılmalı olan səhvləri göstərə bilər.

MEBELİN ÇATDIRILMASI

Şirkətimiz bütün növ anbar xidmətləri təklif edir.

Nəqliyyat bölməmiz malları anbara çatdıracaq. 

Ən uyğun vaxtı əvvəlcədən razılaşdıraraq malları müştəriyə göndərəcək və təhvil verəcək.

MEBELİN QURAŞDIRILMASI

Bizə zəng edin və yeni mebel almaq təəssüratı onun bacarıqsız montajı ilə kölgədə qalmayacaq!

Peşəkar montajçılarımız otaqlarınızın xüsusiyyətlərini nəzərə alaraq və peşəkar avadanlıqlardan istifadə edərək, mürəkkəbliyindən asılı olmayaraq, keyfiyyətli və tez mebeli yığacaqlar.

Etibarlı və tez montaj, iş zamanı rahatlığınızı təmin etmək, mebel və məişət texnikasına zəmanət və zəmanətdən sonrakı xidmət - qürur duyacağımız çox şey var.

Yüksək keyfiyyətli montaj və quraşdırma, montajçılarımızın peşəkarlığı - BERLONI şirkətinin vizit kartıdı.

MEBEL MƏSLƏHƏTİ

+994 12 539-73-74 telefonu ilə Əlaqə mərkəzinə zəng edərək çeşidimiz, istifadə olunan mebel və materialların keyfiyyəti, müəyyən bir məhsulun faydaları barədə ən ətraflı məlumat ala bilərsiniz.

Əgər siz artıq müştərisizsə, onda sifarişinizin vəziyyəti haqqında məlumat veriləcəkdir. İstənilən vaxt sifarişin icrasının hansı mərhələdə olduğunu öyrənə bilərsiniz. Mebel çatdırılmasını və yığacaq birini axtarmağa vaxt sərf etmək lazım deyil.

Mebel Salonumuza gəldiyiniz andan xəyalınızın gerçəkləşdiyi anadək bütün yolda Sizinlə birlikdə olacağıq.

Aşağıdakı linklə eskizlərinizi bizə göndərin və biz Sizinlə əlaqə saxlayacağıq.

bottom of page